
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası prosesinə münasibət bildirib.
Thank you for reading this post, don't forget to subscribe!Gümüş Xəbər bildirir ki, Tonoyan hazırkı mərhələdə onu müsbət mənada düşündürən əsas məqamın sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlərin başlaması olduğunu deyib.
O, bununla bağlı başqa məsələlər barədə geniş fikir bildirmək istəmədiyini qeyd edib.Keçmiş nazir Kərki kəndinin Başkəndlə mümkün dəyişdirilməsi ətrafında səsləndirilən fikirlərə də toxunub.
Onun sözlərinə görə, məsələni yalnız ərazi mübadiləsi kimi təqdim etmək doğru yanaşma deyil.
Tonoyan hesab edir ki, tərəflər arasında aparılacaq danışıqlar zamanı müxtəlif variantlar müzakirə oluna bilər və hazırda konkret ərazi mübadiləsi barədə qəti nəticə çıxarmaq mümkün deyil.O, yekun qərarın Ermənistanın strateji maraqları baxımından düzgün olacağına ümid etdiyini bildirib.
Tonoyan həmçinin mümkün kompromislərin və qarşılıqlı razılaşmaların diplomatik danışıqların nəticəsi olduğunu vurğulayıb.Qeyd edək ki, David Tonoyan Ermənistanın müdafiə naziri olduğu dövrdə Azərbaycanla bağlı sərt açıqlamaları ilə də gündəmə gəlmişdi.
O, həmin illərdə “yeni müharibə, yeni ərazilər” ifadəsi ilə tanınan hərbi doktrinanı müdafiə etmiş və Azərbaycanla bağlı təhdid xarakterli bəyanatlar səsləndirmişdi.Hazırda regionda sərhədlərin müəyyənləşdirilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində aparılan proseslər diqqət mərkəzindədir.
