
TƏBİB-in rəhbər heyətində yeni təyinat həyata keçirilib.İnarə Vaqif qızı Mirhəsənova TƏBİB-in İcraçı direktoruna müşavir vəzifəsinə gətirilib.
Thank you for reading this post, don't forget to subscribe!Yeni vəzifəsində onun əsas fəaliyyət istiqamətlərinin idarəetmə və strateji məsələlərlə bağlı olması gözlənilir.İnarə Mirhəsənova bu təyinatadək “PAŞA Sığorta” şirkətində İdarə Heyətinin üzvü olmaqla yanaşı, baş maliyyə inzibatçısı kimi fəaliyyət göstərib.
O, ali təhsilini Bakı Dövlət Universitetində alıb və bakalavr, eləcə də magistratura pillələrini fərqlənmə ilə tamamlayıb.Peşəkar fəaliyyəti ərzində maliyyə, sığorta və korporativ idarəetmə sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışan Mirhəsənova maliyyə və risklərin idarə olunması, investisiya, strateji planlaşdırma və sığorta sektorları üzrə geniş təcrübə əldə edib.Onun karyerasında PAŞA Qrupu xüsusi yer tutur.
Mirhəsənova son on il ərzində qrupun müxtəlif şirkətlərində rəhbər vəzifələrdə çalışıb.Yeni təyinatla İnarə Mirhəsənovanın maliyyə və idarəetmə sahəsində topladığı təcrübəni səhiyyə sistemində tətbiq etməsi gözlənilir.
Gümüş Xəbər — Azərbaycanda və dünyada baş verən ən son hadisələri operativ və obyektiv şəkildə təqdim edir.
