
Sabirabadda faciə:
Azyaşlı həyətindəki hovuza düşərək həyatını itirdiSabirabad rayonunun Suqovuşan kəndində azyaşlının ölümü ilə nəticələnən faciəli hadisə baş verib.
Hadisə zamanı 2024-cü il təvəllüdlü E.Q. valideynlərinin nəzarətindən kənarda qalaraq evin həyətində yerləşən hovuza düşüb.
Azyaşlının hovuzdan çıxarılması mümkün olmayıb və o, suda boğularaq dünyasını dəyişib.
Hadisənin başvermə şəraiti ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
